Tovuzda 42 yaşlı qadın ağır yanıq xəsarətləri alıb

Tovuzda 42 yaşlı qadın ağır yanıq xəsarətləri  alıb
# 06 noyabr 2016 19:27 (UTC +04:00)

Tovuzda qadının üzərinə qaynar su dağılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Nəzakət Nəbiyeva yaşadığı evdə övladlarını çimizdirmək üçün sobanın üzərinə vedrədə su qoyub. İşıqlar sönən zaman qadın qaynar suyu götürmək istəyib. Bu zaman su onun üzərinə dağılıb.

Bədənin 2-ci dərəcəli termiki yanığı və yanıq şoku diaqnozu qoyulan N. Nəbiyeva dərhal Tovuz rayon mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyəti ağır olduğu üçün Bakıda olan yanıq mərkəzinə aparılması planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR