Yaşayış minimumu 14% artırılır

Yaşayış minimumu 14% artırılır
# 08 dekabr 2016 10:38 (UTC +04:00)

Gələn il üçün yaşayış minimumu 14% və ya 19 manat artırılır. "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

"2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir.

Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bu il üçün yaşayış minimumu 136 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR