Şəkidə üstünə avtomobil düşən kişi xəstəxanada keçinib

Şəkidə üstünə avtomobil düşən kişi xəstəxanada keçinib
# 08 yanvar 2020 09:03 (UTC +04:00)

Şəkidə 64 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yanvarın 7- axşam saatlarında Şəki şəhəri, A.Əfəndiyev küçəsi ev 9 ünvanında yaşayan 1956-cı il təvəllüdlü Yunus Kamal oğlu Abdurəhmaov bədəninin müxtəlif hissələrinin küt travması ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Məlum olub ki, Y.Abdurəhmanov özünə məxsus avtomobili təmir edən zaman ehtiyatsızlıqdan maşın onun üstünə düşüb. Nəticədə Y.Abdurəhmanov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həkimlərin səylərinə baxmayaraq, Y.Abdurəhmanov aldığı xəsarətlərdən yanvarın 8- xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR