Bank Of Baku

Rusiya səfiri: “ABŞ-ın “Şimal axını-2”yə qarşı hərəkətləri beynəlxalq hüququ pozur”

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov

© APA | Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov

# 21 avqust 2021 01:15 (UTC +04:00)

“ABŞ-ın “Şimal axını-2” layihəsinə qarşı hərəkətləri beynəlxalq hüququ pozur və sərbəst bazar münasibətləri prinsipinə ziddir”.

APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.

Səfir deyib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyası ilə münasibətləri daha da "sarsıtmaq" kursunu kor-koranə izləməyə davam edir və bunun nəticələri barədə düşünmür. 

O, ABŞ-ın “Şimal axını 2”yə qarşı tətbiq etdiyi yeni sanksiyaları yanacaq tədarükçüləri üçün rəqabət üstünlüyünü əldə etmək cəhdi adlandırıb: “Birləşmiş Ştatların qeyri-konstruktiv addımları qlobal sabitliyin möhkəmlənməsinə kömək etməyəcək. Bu sanksiyalar Vaşinqtonun Cenevrə sammitində əldə edilən anlaşmaları həyata keçirmək üçün iradəsinin olmadığını göstərir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR