İstanbulda Azərbaycanın tanınmış şəxsiyyətlərinin xatirə lövhəsi açılıb

İstanbulda Azərbaycanın tanınmış şəxsiyyətlərinin xatirə lövhəsi açılıb
# 14 may 2018 22:50 (UTC +04:00)

İstanbulda Azərbaycanın tanınmış şəxsiyyətlərinin xatirə lövhəsi açılıb

APA-nın məlumatına görə, İstanbulun Şişli rayonunda yerləşən Feriköy qəbiristanlığında çar Rusiyasının təzyiqləri və bolşevik işğalı nəticəsində Azərbaycanı tərk etməyə məcbur olmuş və Türkiyədə vəfat etmiş tanınmış simaların xatirə lövhəsi açılıb.

Lövhə Azərbaycan Cümhuriyyətinin 100-cü ili münasibəti ilə prezident İlham Əliyevin 16 may 1017-ci il tarixli fərmanına əsasən hazırlanıb. Azərbaycanın İstanbul Baş konsulluğu tərəfindən hazırlanan xatirə lövhəsinin açılışında Baş konsul Məsim Hacıyev, millət vəkili Çingiz Qənizadə, İstanbulda yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Xatirə lövhəsinin açılış mərasimində çıxış edən millət vəkili Çingiz Qənizadə bolşevik işğalı nəticəsində Azərbaycanı tərk edən dövlət adamlarının xatirəsinin həmişə əziz tutulacağını vurğulayıb. Xatirə lövhəsində böyük Türk mütəfəkkiri, müstəqil Azərbaycan dövlətinin hərbi cəhətdən ən böyük dəstəkçisi olmuş Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın siyasi müşaviri Əhməd Ağaoğlu, Nuri Paşanın əsgərlərini Gəncədə qarşılayan heyətin başçısı, milli hökumətin ilk baş naziri Fətəli xan Xoyskinin qardaşı general Hüseynqulu xan Xoyski, milli hökumətin kəşfiyyat idarəsinin rəisi Nağı Şeyxzamanlı, Xəlil bəy Xasməmmədov və başqalarının adları əks olunub.

Bu şəxslərdən bəzilərinin məzarları Baş konsulluq tərəfindən təmir etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR