Samuxda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb. Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Əhmədov Fəxrəddin Novruz oğlunun idarə etdiyi “Belarus” markalı traktor hərəkətdə olarkən aşıb. Sürücü bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.