Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Petkim Petrokimya Holding A.Ş" STAR neft emalı zavodunda pay almaq üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey Enerji A.Ş." şirkəti ilə danışıqlara başlayıb.
"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Petkim Petrokimya Holding A.Ş." STAR-da 12-14% paya sahib olmaq niyyətindədir.
Hazırda “SOCAR Turkey Enerji A.Ş”. STAR neft emalı zavodunda 59,99% paya sahibdir.