Pərakəndə ticarət subyektlərində istehlakçılara 14 milyard manatlıq əmtəə satılıb

Pərakəndə ticarət subyektlərində istehlakçılara 14 milyard manatlıq əmtəə satılıb
# 13 avqust 2015 08:35 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət subyektlərində istehlakçılara 14,0 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,5% çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, satılan istehlak mallarının 49,7%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50,3%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 0,8% bəndi artıb.

Cari ilin yeddi ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,0 dəfə artaraq 7,2 mln. manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 93,0%-ni hüquqi şəxslərin, 7,0%-ni fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,6%-ni qeyri-ərzaq malları təşkil edib.

Bu ilin yanvar-iyul aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,8% artaraq 561,7 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 240,4 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 321,3 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR