"Finex Kredit" 14% gəlirliliklə istiqraz buraxır

"Finex Kredit" 14% gəlirliliklə istiqraz buraxır
# 17 iyun 2015 09:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Finex Kredit" bank olmayan kredit təşkilatının faizli sənədsiz adlı təmin edilməmiş istiqrazları dövlət qeydiyyatına alınıb.

Bakı Fond Birjasından "APA-Economics"ə verilən məlumata görə, kütləvi təklif üsulu ilə yerləşdiriləcək 900 ədəd istiqrazın hər birinin nominal dəyəri 500 dollar, emissiyanın ümumi həcmi isə 450 min manat təşkil edir.

İstiqrazların tədavül müddəti 1080 gün, istiqraz üzrə faiz dərəcəsi 14%, faiz ödəniş dövrünün müddəti 3 aydan birdir.

Yerləşdirmədə anderrayter qismində "Texnika Kapital Menecment" MMC çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR