Bakıda mənzildə yanğın olub

Bakıda mənzildə yanğın olub
# 19 avqust 2017 01:12 (UTC +04:00)

Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 245 m2 olan 7 otaqlı mənzilin 1 otağında 1 ədəd paltaryuyan maşın, 1 ədəd suqızdırıcı və 1 ədəd ütü masası yanıb. Yanğın zamanı yüksək temperaturdan asma tavan 3 m2 sahədə əriyib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR