Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
# 03 yanvar 2017 11:43 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də saat 06 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Mübariz Məmmədov idarə etdiyi "Opel" markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə onun sərnişini İsrail Əmənov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Yanvarın 1-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Nurulla Cəfərov idarə etdiyi "London-Taxı" markalı avtomobili dirəyə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR