Qaxda 4 otaqlı ev yanıb

Qaxda 4 otaqlı ev yanıb
# 07 fevral 2017 18:26 (UTC +04:00)

Qaxda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Almalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 198 m2 olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Yanğın nəticəsində evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 28 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR