Prokuror qardaşını bıçaqlayan şəxsə cəza istəyib

Prokuror qardaşını bıçaqlayan şəxsə cəza istəyib
# 27 mart 2017 13:28 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamada təqsirləndirilən Kamran Əlicanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, K. Əlicanovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses aprelin 3-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda Abşeron rayonu Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini 39 yaşlı Kamran Əlicanov qardaşı Qılman Əlicanovu aralarında yaranmış münaqişə zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan Q. Əlicanovu xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR