Qəbələdə kişilər arasında pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma üzrə yarışın qalibi məlum olub - FOTOSESSİYA - VİDEO

Qəbələdə kişilər arasında pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma üzrə yarışın qalibi məlum olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 10 avqust 2015 12:38 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 10-da kişilər arasında keçirilən pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma yarışlarının final mərhələsi başa çatıb.

100-dən çox idmançının mübarizəyə qoşulduğu yarışda Azərbaycanı Əliməmməd Hüseynov təmsil edib. Nəticələri o qədər də ürəkaçan olmayan idmançımız finala vəsiqə qazana bilməyib. Yarışda Cao Yifei (Çin) 207 xalla birinci, Kim Sang Do (Koreya) 206 xalla ikinci, Qorsa Petar (Xorvatiya) isə 186 xalla üçüncü yeri tutub.

Qeyd edək ki, hazırda qadınlar arasında kiçik çaplı tapançadan 25 metr, kişilər arasında isə tapançadan 50 metr məsafəyə atəş açma yarışları keçirilir. Bu yarışlarda Azərbaycanı qadınlardan Nigar Nəsirova, Zərifə Qasımova, Xəyalə Hüseynli, Leyla Mirzəzadə, Rübabə Quluzadə, Ülviyyə Eyvazova, kişilərdən Ülfan Axundov, Elvin Astanov, Məmmədəli Abdullayev və Rəsul Məmmədov təmsil edir.

Atıcılığın 17 növü üzrə keçirilən bu yarışlarda dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı iştirak edir. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR