Prezident “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanətli istiqrazların buraxılması ilə bağlı fərman imzalayıb

Prezident “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanətli istiqrazların buraxılması ilə bağlı fərman imzalayıb
# 07 avqust 2015 14:53 (UTC +04:00)

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nə uyğun olaraq “Aqrarkredit” QSC tərəfindən emissiya edilən istiqrazlara dövlət zəmanətinin verilməsini təmin etmək, habelə fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Maliyyə Nazirliyi istiqrazların mərhələli şəkildə həyata keçirilən emissiyasının və qiymətli kağızlar bazarında yerləşdirilməsinin nəticələri, həmçinin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nın maliyyə durumunun sağlamlaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər, eləcə də bank tərəfindən verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması və problemli aktivlərin idarə edilməsi vəziyyəti barədə prezidentə mütəmadi məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR