Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb

Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
# 01 oktyabr 2015 10:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 30-da saat 09 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində Neftçala rayon sakini Cahangir Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Eldar Orucovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Orucov orada ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR