Bəybala Əbil: “KXCP parlament seçkilərində iştirak edəcək”

Bəybala Əbil: “KXCP parlament seçkilərində iştirak edəcək”
# 31 oktyabr 2015 09:16 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərindən imtina məsələsi müzakirə mövzusu deyil. KXCP parlament seçkilərində iştirak edəcək”.

Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil deyib.

O bildirib ki, KXCP “Azadlıq-2015” seçki blokunun tərkibində parlament seçkilərinə qatılacaq. B. Əbilin sözlərinə görə, indiyədək partiyanın 10, blokun isə ümumilikdə 20 namizədi qeydə alınıb.

Xatırladaq ki, Müsavat Partiyası və “NİDA” vətəndaş hərəkatı seçkilərdə iştirakdan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR