Azərbaycan şirkəti İranda zavod inşa edəcək

Azərbaycan şirkəti İranda zavod inşa edəcək
# 11 avqust 2016 11:33 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev. APA. Azərbaycanın “Mətanət A” şirkəti İranda zavod tikəcək.

Bunu APA-nın İran bürosuna açıqlamasında İranın sənət, mədən və ticarət nazirinin müavini Cəfər Sərqeyni deyib.

C. Sərqeyni deyib ki, razılıq əldə olunarsa, “Mətanət A” şirkəti qarşıdakı 18 ay ərzində İranın Simnan və ya Şərqi Azərbaycan əyalətlərində gəc istehsalı zavodu tikəcək.

"Zavodun tikilməsinə dair ciddi danışıqlar aparılıb və ilkin razılıq əldə olunub. Hazırda müzakirələr son mərhələdədir. Zavodun tikintisində İran və Azərbaycan tərəfi maraqlıdır. Razılıq əldə olunandan sonra ən qısa zamanda zavodda istehsal başlayacaq", - deyə C. Sərqeyni vurğulayıb.

C.Sərqeyni deyib ki, hazırda İran və Azərbaycan arasında əlaqələr ən yüksək səviyyədədir: “Bu hər iki ölkənin xeyirinədir. Bu gün İran da Azərbaycan kimi bu əlaqələrdən faydalanır. İran prezidentin Bakıya səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmləndirmək istiqamətində atılmış addımdır. Əminəm ki, bundan sonra ikitərəfli əlaqələr, xüsusi ilə sənət, mədən, ticarət və turizm sahəsində əlaqələr daha da inkişaf edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR