Cəzaçəkmə Müəssisəsində ölüm hadisəsi baş verib

Cəzaçəkmə Müəssisəsində ölüm hadisəsi baş verib
# 06 iyun 2016 07:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda məhkum dünyasını dəyişib.

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Şəkidə yerləşən Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Müəssisədə cəza çəkən, Balakən rayon sakini, 1965-ci il təvəllüdlü Bahəddin Mahamarəsul oğlu İsmayılov vəfat edib.

Ölümün səbəbləri araşdırılır.

Qeyd edək ki, B. İsmayılov 2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR