Gəncə sakinini elektrik cərəyanı vurub

Gəncə sakinini elektrik cərəyanı vurub
# 30 mart 2016 19:19 (UTC +04:00)

Gəncə. Azər Məmədli – APA. Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə şəhər sakini, 1982-ci il təvəllüdlü Günel Məmmədovanı yaşadığı evdə elektrik cərəyanı vurub.

O dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR