Dövlət Gömrük Komitəsi: “Sınıq Körpü” gömrük keçid məntəqəsində yaranan sıxlıq qısa zamanda aradan qaldırılıb

Dövlət Gömrük Komitəsi: “Sınıq Körpü” gömrük keçid məntəqəsində yaranan sıxlıq qısa zamanda aradan qaldırılıb
# 09 noyabr 2015 09:32 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Ötən gündən etibarən bəzi kütləvi informasiya vasitələrində Gürcüstan ilə sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-iş günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müəyyən artım müşahidə olunub. Nəticədə ötən gün qonşu ölkəyə gedənlərin kütləvi şəkildə geri qayıtması Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində qısa müddətli, cüzi sıxlığın yaranmasına səbəb olub. Dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb.

Hazırda “Sınıq Körpü” gömrük keçid məntəqəsində nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində hər hansı bir sıxlıq müşahidə olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR