Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni verilib

Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni verilib
# 06 iyun 2016 16:14 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti Ramiz Fətəliyevə “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, R. Fətəliyevə Azərbaycanda kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Xalq artisti” fəxri adı verilib.

Dövlət başçısının digər sərəncamı ilə R. Fətəliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR