BMT: 2015-ci ildə Avropaya 1 milyon miqrant gəlib

BMT: 2015-ci ildə Avropaya 1 milyon miqrant gəlib
# 22 dekabr 2015 01:29 (UTC +04:00)

Bakı-APA. İlin əvvəlindən Avropaya gələn miqrantların sayı 1 milyona çatıb, onlardan 500 mini Suriya qaçqınlarıdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarı Antoniu Qutyerreş bəyan edib.

Onun sözlərinə görə, suriyalı qaçqınlar Yaxın Şərqdə yoxsulluqla üzləşirlər. BMT və Dünya Bankının hesablamalarına əsasən, Suriyadan olan qaçqınların əksəriyyəti İordaniya və Livanda yoxsulluq həddindən aşağı səviyyədə yaşayırlar.

“Bir çox hallarda qaçqınlar işləmək hüququndan məhrum olunur, uşaqların yarısı məktəbə getmir”, deyə A.Qutyerreş bildirib. O, Suriyada tezliklə münaqişəyə son qoyulmasının vacibliyini vurğulayıb: “Qarşıdurma davam etdikcə onun fəsadları daha da ağır olacaq. Münaqişənin davamı Suriyanın sonu deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR