Lənkəranda kafedə yanğın olub

Lənkəranda kafedə yanğın olub
# 24 mart 2016 17:23 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosunun məlumatına görə, hadisə martın 24-də saat 18.45 radələrində rayonun Göyşaban kəndi ərazisində 1968-ci il təvəllüdlü İlqar Ağayar oğlu Ağayevə məxsus hazırda fəaliyyət göstərməyən “Xəzər” kafesində qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə iki yanğınsöndürən maşın və 8 nəfərlik canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğın lokallaşdırılıb. Hadisə nəticəsində ümumi sahəsi 60 kv.m. olan kafenin 2 kv.m-lik ərazisi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR