Ağdaş sakini özünü güllələyib

Ağdaş sakini özünü güllələyib
# 18 aprel 2016 10:06 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayon sakini özünü güllələyib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qumlax kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Cəbrayılov Rəşad Xətai oğlu yaşadığı evin həyətində ov tüfəngindən atəş açaraq özünə ağır xəsarət yetirib. Qarın boşluğundan xəsarət alan Rəşad Cəbrayılov Ağdaş Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsində əməliyyat olunub. Hazırda reanimasiya şöbəsində olan R.Cəbrayılovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR