İmişlidə avtoqəza baş verib, 2 nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB-2 - VİDEO

İmişlidə avtoqəza baş verib, 2 nəfər ölüb, 3 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB-2  - <span style="color: red;">VİDEO
# 13 oktyabr 2015 18:23 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə 18.30 radələrində İmişli rayonunun Qaradonlu kəndi ərazisində baş verib.

İmişli sakini, 1982-ci il təvəllüdlü Muradov Qeyrət İxtiyar oğlunun idarə etdiyi “Mercedes” markalı 10 NR 826 dövlət nömrə nişanlı avtomobillə İmişli sakini, Aranlı kənd sakini 1997-ci il təvəllüdlü Hüseynov Həsən Rasim oğlunun idarə etdiyi “VAZ 21011” markalı 10 ES 442 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində sərnişinlərdən Çaxırlı kənd sakini, 1983-cü il təvəllüdlü Abayev Əlizamin Təbiət oğlu hadisə yerində, digər yaralı VAZ markalı avtomobilin sürücüsü Hüseynov Həsən Rasim oğlu cərrahiyə əməliyyatı zamanı dünyasını dəyişib.

Avtoqəzada yaralanan Qızılkənd sakini, 1956-cı il təvəllüdlü Cabbarova Göyçək Bayram qızı, Aranlı kənd sakini 1992-ci il təvəllüdlü Babaşov Elnur Mərdan oğlu və 1990-cı il təvəllüdlü İbayev Sahib Vəlixan oğlu travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

**** 19.20

İmişli. Əlibəy Zeynallı - APA. İmişlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Qaradonlu kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı avtomobillə VAZ 21011 markalı avtomobilin toqquşması nəticəsində sərnişinlərdən Çaxırlı kənd sakini, 1983-cü il təvəllüdlü Abayev Əlizamin Təbiət oğlu hadisə yerində ölüb. Dörd nəfər yaralı isə İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR