Türkiyənin Azərbaycanda reallaşdıracağı layihələrin dəyəri məlum olub

Türkiyənin Azərbaycanda reallaşdıracağı layihələrin dəyəri məlum olub
# 30 iyul 2015 13:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Türkiyə Podratçılar Birliyi” inşaat sektoru ilə bağlı məlumatları açıqlayıb.

APA-Economics”in Türkiyənin KİV-lərinə istinadən verdiyi məlumata görə, cari ilin ilk 6 ayında qardaş ölkə xarici ölkələrdə 8,2 mlrd. dollar həcmində 69 layihə öhdəsinə götürüb. Türkiyənin xarici ölkələrdə reallaşdırdığı layihələrin sayına görə, Azərbaycan ilk 5-likdə qərarlaşıb.

Belə ki, Türkiyə Azərbaycanda 402 mln. dollarlıq layihə reallaşdıracaq.

Qeyd edək ki, qardaş ölkənin xarici ölkələrdə həyata keçirəcəyi yeni layihələr sırasında Türkmənistan 31,6%-lə ilk pillədədir. Sonrakı yerlərdə Əlcəzair, Rusiya, Səudiyyə Ərəbistanı və Azərbaycan dayanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR