XİN Avropa İttifaqı Şurasının Azərbaycanla danışıqlara dair mandat verməsini alqışlayır

XİN Avropa İttifaqı Şurasının Azərbaycanla danışıqlara dair mandat verməsini alqışlayır
# 14 noyabr 2016 14:01 (UTC +04:00)

"Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması və bu istiqamətində danışıqların aparılması üçün mandatın verilməsini alqışlayır və təqdir edirik".

APA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federiko Mogeriniyə mandat verilməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, xarici işlər naziri Elmar Məmmədyarov 22 may 2015-ci ildə Şərq Tərəfdaşlığı üzrə 4-cü Riqa zirvə toplantısında iştirakı çərçivəsində Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Han ilə görüşüb, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş layihəsini ona təqdim edib və Azərbaycanın bu müstəvidə Avropa İttifaqı əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.

"Hesab edirik ki, yeni sazişin imzalanması Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji müstəvidə keyfiyyətcə yeni səviyyəyə qalxmasına və əlaqələrin hərtərəfli inkişafına əsaslı hüquqi çərçivə yaradacaq və töhfə verəcək", - deyə H. Hacıyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR