Bakı-APA. Mayın 28-də BMT-nin Cenevrədəki mənzil-qərargahında Yəmən münaqişəsinə dair sülh danışıqları keçiriləcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-dəki mənbələr bildirib.
Qeyd olunur ki, mayın 17-inə planlaşdırılan müzakirələrin vaxtının dəyişdirilməsi həmin gün Ər-Riyadda Yəmənlə bağlı konfransın keçirilməsi ilə bağlıdır.