İtaliyada baş verən yol qəzasında 16 məktəbli ölüb, 36 nəfər xəsarət alıb.
APA-nın xəbərinə görə, bu barədə "Assosiated Press” İtaliya polisinə istinadən məlumat yayıb.
Yanvarın 20-də axşam Verona şəhərində baş verən qəzanın detalları araşdırılır.
Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb.
Məlumata görə, avtobusda macarıstanlı məktəblilər olub. Onlar İtaliyada səyahətlərini bitirib Fransaya qayıdırmışlar.
***
saat 09.58
İtaliyada baş verən yol qəzasında 7 nəfər ölüb, onlarla insan xəsarət alıb.
APA-nın "France Press" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yanvarın 20-də axşam Verona şəhərində baş verib.
Xilasetmə xidmətindən bildirilib ki, avtobus dirəyə çırpılıb, nəticədə yanğın başlayıb.
Qəzanın detalları dəqiqləşdirilir.