İspaniya millisinin futbolçusu "Milan"la anlaşıb

İspaniya millisinin futbolçusu "Milan"la anlaşıb
# 17 yanvar 2020 16:14 (UTC +04:00)

Zaqreb "Dinamo"sunun yarımmüdafiəçisi Dani Olmo İtaliya klubuna keçir.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 22 yaşlı futbolçu "Milan"la ilkin razılıq əldə edib.

Keçid baş tutarsa, İspaniya millisinin üzvü "rossonyerlər"lə 5,5 illik müqavilə imzalayacaq və illik məvacibi 2,5 milyon avro olacaq. İtaliya təmsilçisi artıq "Dinamo" rəhbərliyi ilə də danışıqlara start verib. "Milan"ın ilk təklifi 20+5 milyon avrodur. A seriyası klubu həmçinin müqaviləyə "başqa kluba satılacağı təqdirdə "Dinamo"ya da ödəniş ediləcək" bəndini əlavə etməyə razıdır.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Dani Olmo 2015-ci ildən "Dinamo"nun formasını geyinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR