Göygöldə ağır qəzada xəsarət alan 4 nəfərdən biri ölüb - YENİLƏNİB

Göygöldə ağır qəzada xəsarət alan 4 nəfərdən biri ölüb - <span style="color: red;">YENİLƏNİB
# 19 noyabr 2017 15:20 (UTC +04:00)

Bu gün Göygöl rayonunda baş verən qəzada xəsarət alan şəxslərdən biri həyatını itirib.

APA-nın Qərb bürosunun məlumatına görə, Göygöl-Toğanalı avtomobil yolunda, Göygöl Olimpiya İdman Kompleksinin yaxınlığında “VAZ21-07” və “Zaporojets” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Yunis Xıdırov, 1988-ci il təvəllüdlü Vəfa Xıdırova, 1995-ci il təvəllüdlü İsmayıl Əmirov və Göygöl rayon Şəhriyar kənd sakini 1993-cü il təvəllüdlü Elxan Nəbiyev xəsarət alıb.

Həkimlərin səyinə baxmayaraq Elxan Nəbiyev həyatını itirib.

***

saat 16.23

Bu gün Göygöl rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə Göygöl-Toğanalı avtomobil yolunda, Göygöl Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb.

“VAZ21-07” və “Zaporojets” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1984-cü il təvəllüdlü Yunis Xıdırov, 1988-ci il təvəllüdlü Xıdırova Vəfa, 1995-ci il təvəllüdlü Əmirov İsmayıl və hələlik adı məlum olmayan daha bir nəfər xəsarət alıb.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR