İran şirkəti Azərbaycanda külək elektrik stansiyası inşa edəcək

İran şirkəti Azərbaycanda külək elektrik stansiyası inşa edəcək
# 02 sentyabr 2015 12:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İran Azərbaycanda külək elektrik stansiyası inşa edəcək.

APA-Economics”in TASNİM xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın bərpa edilən enerji mənbələri üzrə “Mapna” istehsalat şirkətinin baş direktoru Əkbər Adibfar bildirib.

Onun sözlərinə görə, artıq şirkət Azərbaycan hökuməti ilə Bakıda stansiyanın inşası ilə bağlı memorandum imzalayıb.

Ə. Adibfar bildirib ki, 50 MVt gücündə elektrik enerjisi istehsal edə biləcək külək elektrik stansiyası birinci mərhələdə İranda istehsal edilən 2,5 MVt gücündə turbinlə təchiz ediləcək.

Baş direktorun sözlərinə görə, hər iki tərəfin bu layihə ilə bağlı fikirləri müsbət olduğundan, külək parkının tikintisi ilə bağlı yaxın zamanlarda saziş imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR