Zaqatalada sərnişin avtobusu yanıb - FOTO

Zaqatalada sərnişin avtobusu yanıb - <span style="color: red;">FOTO
# 04 sentyabr 2015 22:52 (UTC +04:00)

Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə saat 00:30 radələrində Zaqatala rayon sakini Teyub İbrahimovun idarə etdiyi, rayonun Qandax kəndi istiqamətində hərəkətdə olan, sərnişinlə dolu “LAZ” markalı, 62 BS 019 dövlət nömrə nişanlı sərnişin avtobusunda yanğın olub.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanaraq yararsız hala düşüb.

Yanğın zamanı avtobusda olan adamlardan xəsarət alan olmayıb. Məlumatda bildirilir ki, yanan sərnişin avtobusunda olan adamlar hamısı Qandax kənd sakinləridi. Onlar rayon mərkəzində fəaliyyət göstərən şadlıq evlərinin birində keçirilən toy məclisindən evlərinə qayıdırlarmış.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR