Tofiq Bəhramov adına stadionda Avropa Oyunları üçün yeni bilet satış məntəqəsi açılıb

Tofiq Bəhramov adına stadionda Avropa Oyunları üçün yeni bilet satış məntəqəsi açılıb
# 16 may 2015 07:29 (UTC +04:00)


“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) oyunlara gələn tamaşaçılara biletləri yalnız oyunların veb səhifəsindən və ya paytaxtın müxtəlif yerlərində quraşdırılmış 12 rəsmi bilet satışı məntəqəsindən almağı tövsiyə edir.

“Bakı 2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, əsas məqsəd oyunlara gələn hər bir kəsin buradan ən yaxşı təəssüratlarla ayrılmasını təmin etməkdir: “Buna görə də, biz, bilet alan hər kəsə belə bir mesajla müraciət edirik – biletinizi yalnız Bakıdakı rəsmi bilet satış məntəqələrinin birindən, yaxud “baku2015.com” veb səhifəmiz vasitəsilə alın”.

Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında yerləşən yeni bilet satış məntəqəsi Bakıda açılan 12-ci belə mərkəzdir. Məntəqə həftənin yeddi günü saat 11:00-dan 21:00-a qədər fəaliyyət göstərəcək.

Digər bilet satış məntəqələri, “Park Bulvar”, “28 Mall” və “Metro Park” alış-veriş mərkəzləri də daxil olmaqla, Bakının əlverişli məkanlarında quraşdırılıb.

Bilet satış məntəqələrinin yerlərindən tutmuş, arenalara gediş-gəliş haqqında ətraflı məlumat da daxil olmaqla, Avropa Oyunları ilə əlaqədar istənilən məsələ haqqında informasiyanı 2015 nömrəsinə zəng edərək, Tamaşaçı Məlumat Mərkəzindən, yaxud “Bakı 2015” veb səhifəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR