I rübdə tikinti sektorunda qiymətlər artıb

I rübdə tikinti sektorunda qiymətlər artıb
# 13 may 2015 12:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci ilin I rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,8% bahalaşıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,9%, yol və körpü tikintisində isə 0,1% bahalaşma müşahidə edilib.

Cari ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər əvvəlki rüblə müqayisədə 0,9%, sosial təyinatlı binaların və istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,8% bahalaşıb.

Sosial təyinatlı binalardan inzibati binaların tikintisi üzrə qiymətlər 0,6%, ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər isə 0,9% bahalaşıb.

İstehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə qiymətlərdə 0,8% bahalaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR