Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Oktyabr - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Oktyabr - <span style="color: red;">VİDEO
# 27 oktyabr 2014 17:08 (UTC +04:00)

Bakı-APA. Ukraynada parlament seçkiləri sürprizsiz ötüşdü. Ən böyük sürpriz seçkilərdən sonra stabilliyin pozulmamasıdır. Ukraynada hər seçkinin çevrilişlə nəticələnməsi az qala adətə çevrilib. Ölkə bu dəfə adətdən kənarda qaldı və seçkilər sakit ötüşdü. Nəticələr hamını qane edir, ölkənin bütün antirusiya meylli siyasi qüvvələri parlamentdə təmsilçilik hüququ qazanıb, artıq Avropaya inteqrasiya siyasəti yürüdəcək yeni bir hökumətin formalaşması qarşısında heç bir maneə qalmayıb. Bu seçkilər həm də Ukraynanın sovet stereotiplərindən qurtulma seçkiləri idi, seçicilərin siyasi iradəsi son stereotipi - kommunistləri parlamentdən sildi. Və nəhayət, bu seçkilər ölkənin yaşadığı münaqişənin həllinə heç bir pozitiv təsir göstərməyəcək seçkilərdir. Elə nəticələr də göstərir ki, Ukrayna taleyi ilə barışıb, münaqişənin illərlə uzanacağı reallığını qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR