Azərbaycanda “transfer pəncərəsi”nin vaxtı açıqlandı

Azərbaycanda “transfer pəncərəsi”nin vaxtı açıqlandı
# 10 dekabr 2014 09:33 (UTC +04:00)

Bakı – APA. Avropanın hər bir ölkəsində olduğu kimi, Azərbaycanda da qış fasiləsinin yaranmasına çox az vaxt qalıb və klublar transfer çalışmalarına indidən başlayıblar. Apasport.az saytının məlumatına görə, artıq qış “transfer pəncərəsi”nin açılacağı gün bəlli olub.

Peşəkar Futbol Liqasının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev əməkdaşımıza açıqlamasında bildirib ki, “transfer pəncərəsi” yanvarın 5-də rəsmən açılacaq. Klublar fevralın 2-dək heyətlərini gücləndirə bilərlər. Çünki transferdə son gün məhz fevralın 2-si olacaq.

Qeyd edək ki, Topaz Premyer Liqasında III dövrəyə yanvarın 30-da start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR