İsrailin Qəzzaya iyulun 7-dən etibarən təşkil etdiyi hücumlarda ölənlərin sayı 2096-a çatlb

İsrailin Qəzzaya iyulun 7-dən etibarən təşkil etdiyi hücumlarda ölənlərin sayı 2096-a çatlb
# 23 avqust 2014 11:41 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. İsrailin Qəzza zolağına iyulun 7-dən etibarən təşkil etdiyi hücumlarda ölənlərinin sayının 2096-ya çatdığı bildirilir.

APA-nın “Anadolu” Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fələstin Səhiyyə Nazirliyindən bildirilib. Qeyd olunub ki, ölənlərin 561 nəfəri uşaq, 258-i qadın, 98-i qoca insanlar olub. 10500-dən çox yaralının isə 2189-u uşaq, 994-ü qadın, 388-i isə qocalardır.

Ötən gecə Qəzzaya atılan bir raket zərbəsi nəticəsində bir ailədən 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Gecə saatlarından bəri zərbə endirilən 30 hədəfdən 3-nün məscid olduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR