Qanunsuz  ovla məşğul olan Biləsuvar sakinləri saxlanılıblar - FOTO - VİDEO

Qanunsuz  ovla məşğul olan Biləsuvar sakinləri saxlanılıblar - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 dekabr 2014 15:37 (UTC +04:00)

Biləsuvar. Ağəddin Babayev – APA. Azərbaycanın Biləsuvar rayonunda qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb. Bu barədə APA-nın cənub bürosuna Biləsuvar Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının rayonun Mahmudçala ovçuluq təsərrüfatında keçirdikləri reyd zamanı qanunsuz ovla məşğul olan 3 nəfər rayon sakini saxlanılıb. Məlum olub ki, rayonun Xırmandalı kənd sakinləri İlham Mahmudov, Əli və Bakir Kazomov qardaşları ayrı-ayrı vaxrlarda gizli yollarla ov ediblər. Sonuncu dəfə isə ova gələn şəxslər elə burda da yaxalanıblar. Saxlanılan zaman onların üzərində ov tüfəngi ilə yanaşı 28 baş ovlanmış çöl quşu da aşkarlanaraq müsadirə olunub. İlkin araşdırma zamanı o da müəyyənləşdirilib ki, ov qaydalarını pozan şəxlərin üzərindəki ov tüfənglərinin sənədi olmayıb.

Biləsuvar RPŞ-də araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR