Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının keçmiş direktor müavini məhkəmə zalında həbs edilib

Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının keçmiş direktor müavini məhkəmə zalında həbs edilib
# 30 oktyabr 2014 12:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehman Məmmədov və Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının keçmiş direktor müavini Nurbala Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, N.Süleymanov məhkəmə zalında həbs olunub və 8 il müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza ilə cəzalandırılıb.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ittiham ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR