2016-cı ildən “Khazar İsland”da yaşayış olacaq

2016-cı ildən “Khazar İsland”da yaşayış olacaq
# 30 oktyabr 2014 11:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2016-cı ildən Xəzər dənizində inşa olunan yeni şəhər - “Khazar İslands”da (Xəzər adaları) yaşayış olacaq.

APA-Economics” layihənin rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, Xəzər adaları 4 mərhələdə inşa olunur. Hazırda inşaat işlərinin 1-ci mərhələsi aparılır. Bu mərhələdə 6 ada salınacaq. Artıq 3 adada işlər başa çatıb.

Məlumatda deyilir ki, 4-cü adanın salınması üçün artıq işlərə başlanıb. 1 ildən sonra isə 6-cı adada işlərin görülməsi plandadır. Bunun üçün şəhər 4 km dənizin içinə doğru genişlənəcək.

İndiki mərhələdə inşa olunan binalarda 1 ildən sonra yaşamaq mümkün olacaq, hər bir infrastruktur yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR