Bank Of Baku

AŞ PA Bürosu prezident İlham Əliyevin son əfv fərmanını müsbət qiymətləndirib

AŞ PA Bürosu prezident İlham Əliyevin son əfv fərmanını müsbət qiymətləndirib
# 05 sentyabr 2008 15:57 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Bu gün Avropa Şurası Parlament Assambleyası Bürosunun iclası keçirilib. Bu barədə APA-ya açıqlama verən Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, iclasda əsasən gürcü-osetin münaqişəsi müzakirə olunub. İclasda regiona səfər etmək üçün Rusiya və Gürcüstan üzrə həmməruzəçilərdən, siyasi partiya liderlərindən ibarət xüsusi qrupun təsis olunması barədə qərar çıxarılıb. AŞ PA-nın payız sessiyasında Gürcüstandakı vəziyyət tam iki gün müzakirə olunacaq. Səməd Seyidov Büronun iclasında AŞ PA prezidenti Luis Mariya de Puçun çıxış etdiyini, Azərbaycana səfərinin nəticələri barədə iştirakçıları məlumatlandırdığını deyib: “AŞ PA Bürosu həmçinin prezident İlham Əliyevin son əfv fərmanı haqqında məlumatlandırılıb və bu məsələ çox müsbət qarşılanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR