Bank Of Baku

Səfir Fəxrəddin Qurbanov Britaniya parlamentinin üzvləri ilə görüşüb

Səfir Fəxrəddin Qurbanov Britaniya parlamentinin üzvləri ilə görüşüb
# 22 oktyabr 2008 07:30 (UTC +04:00)
London. Tamara Qriqoryeva-APA. Azərbaycanın Böyik Britaniyada fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Britaniya parlamentinin üzvləri Qreq Hends və Lord Freyzer ilə ayrı-ayrılıqda görüş keçirib. Bu barədə APA-ya səfirlikdən məlumat verilib. Hər iki görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud durumu və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Səfir ölkəmizdə, eləcə də regionda baş verən hadisələr haqqında məlumat verib və regional təhlükəsizliyin təmin olunmasının vacibliyini diqqətə çatdırıb. Bu çərçivədə Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinin xüsusi əhəmiyyətə malik olacağını və bunun bütövlükdə bölgədə sabitliyin və rifahın bərqərar olunmasına töhfə verəcəyini vurğulanıb.

Görüşlər zamanı parlamentlərarası əlaqələr ətrafında da fikir mübadiləsi aparılıb və hər iki ölkənin parlamentləri arasında qarşılıqlı münasibətlərin genişləndirilməsinin ümumi münasibətlərə müsbət təsir edəcəyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR