Bank Of Baku

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü noyabrın əvvəllərində keçirilə bilər

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü noyabrın əvvəllərində keçirilə bilər
# 22 oktyabr 2008 14:28 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Rusiyanın “Vremya novostey” qəzeti yazıb. Qəzetdə prezident Dmitri Medvedevin Ermənistana səfəri ilə bağlı dərc olunmuş məqalədə bildirilir ki, İrəvandakı danışıqlarda əsas müzakirə mövzularından biri məhz Dağlıq Qarabağ münaqişəsinin həlli olub. Ermənistan prezidenti Serj Sarkisyan jurnalistlərin sualına cavabında “Qarabağ mənim üçün şirin sözdür”, deyib. O, Madrid prinsipləri əsasında danışıqları davam etdirməyə hazır olduqlarını və bunun nəticəsində “Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu reallaşdırma biləcəyini” vurğulayıb. S. Sarkisyanın fikrincə, buna birbaşa danışıqlar və kompromis əsasında nail olmaq mümkündür. D. Medvedev isə mövzunu şərh etməyərək Ermənistan və Azərbaycanın razılaşacağı sülh variantını dəstəkləyəcəklərini söyləməklə kifayətlənib. “Vremya novostey”in yazdığına görə, İlham Əliyevin yenidən prezident seçilməsindən sonra həm Bakı, həm İrəvan, həm də ATƏT-in Minsk Qrupunda hesab edirlər ki, münaqişənin həlli üçün növbəti “imkanlar pəncərəsi” açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR