Fransa Senatının nümayəndə heyəti Azərbaycana gəlib
01 oktyabr 2012 12:44 (UTC +04:00)
Səfərin təşkilatçısı olan Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Fransa Senatının enerji məsələləri üzrə araşdırma qrupunun həmsədri Ladislas Poniatovskinin rəhbərlik etdiyi nümayəndə heyətinə Delfine Bataille, Jan Besson, Kristofer-Azdre Frassa və Jan- Klod Lenor daxildir.
Bu gün prezident İlham Əliyev tərəfindən qəbul edilən senatorların Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, sənaye və energetika naziri Natiq Əliyev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov və Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovla da görüşləri nəzərdə tutulub. Görüşlərin əsas mövzusu iki ölkə arasında yüksələn xətt üzrə inkişaf edən siyasi, iqtisadi, energetika, mədəni və humanitar sahəsində əməkdaşlıq məsələləri olacaq.
Fransa nümayəndə heyətinin Səngəçal neft terminalına səfəri çərçivəsində Fransanın “Total” və Böyük Britaniyanın “BP” şirkətinin nümayəndələri ilə də görüşləri planlaşdırılır.
Nümayəndə heyətinin Azərbaycana səfəri oktyabrın 4-də başa çatacaq.

Xarici siyasət
Əli Əsədov İtaliyanın Baş prokuroru ilə görüşüb
13:59
25 may 2024
Bayden: Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq
12:35
25 may 2024
Şahin Mustafayev Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib
12:14
25 may 2024
Ərdoğan: Azərbaycanın nail olduğu irəliləyişlərlə daim fəxr edirik
10:55
25 may 2024