Azərbaycan BMT üzvü olan dövlətləri “Stepanakert aeroportu” ilə hər cür əməkdaşlıqdan çəkinməyə çağırıb
17 oktyabr 2012 14:10 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Onun sözlərinə görə, məktubda baş katib Ermənistanın Xocalı aeroportunu istifadəyə verməyə və işğal etdiyi Azərbaycanın əraziləri üzərindəki hava məkanından qanunsuz istifadə etməyə hazırlaşması barədə məlumatlandırılıb.
“Ermənistan qondarma «Artsakh Air company» adlı şirkət yaradaraq Xocalı aeroportundan uçuşlar, o cümlədən hərbi xarakterli uçuşlar həyata keçirmək niyyətini nümayiş etdirib. Bu kimi cəhdlər beynəlxalq hüquqa hörmətsizlikdir, sülh prosesini pozur və regionda təhlükəsizliklə bağlı narahatlığı artırır”, - deyə məktubda bildirilir.
Azərbaycan tərəfi məktubda BMT üzvü olan ölkələri qondarma “Stepanakert aeroportu”nun Azərbaycan qanunvericiliyinə zidd fəaliyyət göstərdiyi, oradan həyata keçirilən bütün növ uçuşların qanunsuz olduğu və Azərbaycanla Ermənistanın da üzv olduğu İCAO-nun prinsiplərini pozduğu barədə xəbərdar edib: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin ifadə olunduğu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə alaraq Azərbaycan hökuməti BMT üzvü olan bütün ölkələrə müraciət edir və diqqəti Ermənistanın qondarma aeroportun istismara verilməsi cəhdlərinin qanunsuz olduğuna yönəldərək bu dövlətləri qondarma “Stepanakert aeroportu” və “Artsakh Air company” ilə istənilən növ əməkdaşlıqdan çəkinməyə çağırır”.

Xarici siyasət
Baş nazir və XİN başçısı anım mərasimində iştirak etmək üçün İrana gedir
09:39
22 may 2024
İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
18:28
21 may 2024
Ceyhun Bayramov Ukraynanın yeni səfiri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
18:18
21 may 2024
Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib
16:26
21 may 2024