Kəmaləddin Heydərov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarı qəbul edib
23 oktyabr 2012 14:51 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, K. Heydərov səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Görüş zamanı qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.
Həmçinin, ötən illər ərzində FHN-lə ABŞ-ın fövqəladə halların idarə edilməsi sahəsində məsul dövlət qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyi səfirin diqqətinə çatdırılıb.
Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xarici siyasət
Əli Əsədov İtaliyanın Baş prokuroru ilə görüşüb
13:59
25 may 2024
Bayden: Azərbaycan və Ermənistanın davamlı və ləyaqətli sülhün təmin edilməsinə yönəlmiş addımlarını alqışlayırıq
12:35
25 may 2024
Şahin Mustafayev Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib
12:14
25 may 2024
Ərdoğan: Azərbaycanın nail olduğu irəliləyişlərlə daim fəxr edirik
10:55
25 may 2024