Bank Of Baku

ATƏT-in Bakı ofisi yol polisi ilə bağlı layihə həyata keçirəcək

ATƏT-in Bakı ofisi yol polisi ilə bağlı layihə həyata keçirəcək
# 13 fevral 2007 10:28 (UTC +04:00)
ATƏT-in Bakı ofisi bu il yol polisinin inkişafı ilə bağlı layihə həyata keçirəcək. APA-nın xəbərinə görə, ATƏT-in Bakı ofisi rəhbərinin müavini Robin Sivord jurnalistlərə açıqlamasında bildirib ki, ofisin 2007-ci il büdcəsinin yarısından çoxu polislə bağlı bir neçə ildir həyata keçirilən layihənin davam etdirilməsinə yönəldiləcək: “Polisin iş prinsipləri ilə əlaqədar Azərbaycanla Çexiya arasında müqavilə imzalanıb. Bu layihəyə 400 min avro xərclənəcək”. Hökumətlə müxalifət arasında dialoq məsələsinə toxunan R. Sivord qeyd edib ki, ATƏT bu məsələdə hər iki tərəflə əməkdaşlığa və onlara kömək göstərməyə hazırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR