Bank Of Baku

Azərbaycanın Sankt-Peterburqda baş konsulu Qüdsi Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Komi Respublikasında səfərdə olacaq

Azərbaycanın Sankt-Peterburqda baş konsulu Qüdsi Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Komi Respublikasında səfərdə olacaq
# 16 fevral 2007 16:15 (UTC +04:00)
19-20 fevralda Azərbaycanın Sankt-Peterburqda baş konsulu Qüdsi Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Komi Respublikasında səfərdə olacaq. Bu barədə APA-ya Azərbaycanın Sankt-Peterburqda Baş Konsulluğundan məlumat verilib. Konsulluqdan bildiriblər ki, səfər tanışlıq xarakteri daşıyır. Səfər proqramına Komi Daxili İşlər Nazirlıiyi, Respublika Prokurorluğu Sıktıkvar administrasiyası və Rusiya Federal Miqrasiya Xidmətinin Komi bölməsinin rəhbərliyi ilə görüş daxildir. Nümayəndə heyəti Komi parlament aparatının rəhbərliyi və deputatlarla görüşməyi də planlaşdırır. Qüdsi Osmanov Sıktıkvar, Uxtı və Vorkutada azərbaycanlı icmasının rəhbərləri ilə görüşəcək. Nümayəndə heyətinin tərkibinə Azərbaycanın Sankt-Peterburqda Baş Konsulluğunun konsulu Günəş Rüstəmzadə, Ümumrusiya Azərbaycanlılar Konqresinin sədr müavini Gündüz Həmzəyev, Rusiyada Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Sankt-Peterburq bölməsinin icraçı direktoru Akif Qasımov və Azərbaycan Milli Konqresinin Arxangelsk regional şöbəsinin rəhbəri Cəmil Əliyev daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR